“Rusiya ərzaq böhranına görə məsuliyyət daşıyır” - Şarl Mişel

23:27 06.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya ərzaq ehtiyatlarından inkişaf etməkdə olan ölkələrə qarşı gizli silah kimi istifadə edir.

Hafta.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib.

O bildirib ki, Rusiyanın bu addımı dünyada ərzaq qiymətlərini artırır, insanları yoxsulluğa sürükləyir, eyni zamanda sabitliyi pozur.

Şarl Mişelin sözlərinə görə, Rusiya ərzaq böhranına görə məsuliyyət daşıyır: "Rusiya taxıl anbarlarını hədəfə alır, işğal etdiyi ərazilərdən taxıl oğurlayır".